cümə, 6 noyabr 2026
Bölgə

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərməyə daha da yaxınlaşıb

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına qoşun göndərməyə daha da yaxınlaşıb

Middle East Eye-ın məlumatına görə, Türkiyə parlamenti cümə günü səhər tezdən Məkkə müdafiə paktını 279 lehinə, 119 əleyhinə səslə təsdiqləyib. Türkiyə rəsmilərinin sözlərinə görə, növbəti addım Səudiyyə Ərəbistanına qoşun göndərilməsi üçün parlamentdən icazə alınmasıdır. Bu qüvvələrin Yəməndən husi silahlı qruplaşmasının hücumlarına qarşı Ər-Riyadın yanında olması nəzərdə tutulur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən həftə bu qüvvələrin göndərilməsinin yalnız müdafiə xarakteri daşıdığını və Türkiyə qüvvələrinin Yəməndə əməliyyat aparmayacağını bildirmişdi. Ankara həmçinin tərəfdaşları ilə Qüvvələrin Statusu haqqında Sazişi (SOFA) yekunlaşdırmalıdır. Bu saziş Səudiyyə Ərəbistanında olan Türkiyə hərbçilərinə tətbiq edilən məhkəmə-hüquqi qaydaları müəyyənləşdirir.

Pakistan və Səudiyyə Ərəbistanı bu paktı ötən ay təsdiqləmişdi. Ərdoğanın qanunun qüvvəyə minməsi üçün onu bu həftə Rəsmi Qəzetdə dərc etdirəcəyi gözlənilir.

Bu xəbəri paylaşın