cümə, 6 noyabr 2026
Xəbər

Demokratların qələbəsi İlon Maska baha başa gəldi: Tesla və SpaceX səhmləri 15 faiz dəyər itirdi

Demokratların qələbəsi İlon Maska baha başa gəldi: Tesla və SpaceX səhmləri 15 faiz dəyər itirdi

ABŞ-da aralıq seçkilərdə demokratların qələbəsindən sonra İlon Maskın Tesla və SpaceX şirkətlərinin səhmləri iki gün ərzində 15 faizə yaxın dəyər itirib.

Araz News-un Business Insider-ə istinadən yaydığı xəbərə görə, investorlar demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə Maskın şirkətləri üzərində nəzarətin sərtləşəcəyindən və hüquqi məhdudiyyətlərin artacağından narahatdırlar.

Tesla ilə SpaceX-in birləşməsinə əngəl törədilməsi, Starlink-in Ukraynadakı fəaliyyətinin araşdırılması və süni intellekt layihələri üzərində nəzarətin artması ehtimalı investorların ən böyük narahatlıqları arasında göstərilir.

Bu xəbəri paylaşın