ArazNews
Ana Səhifə / Dünya / Səudiyyə Ərəbistanı bazarı təəccübləndirdi: Asiya üçün neft son 6 ilin ən böyük endirimi ilə satılacaq
Dünya

Səudiyyə Ərəbistanı bazarı təəccübləndirdi: Asiya üçün neft son 6 ilin ən böyük endirimi ilə satılacaq

Səudiyyə Ərəbistanı bazarı təəccübləndirdi: Asiya üçün neft son 6 ilin ən böyük endirimi ilə satılacaq

Səudiyyə Ərəbistanı bazarın gözləntilərinin əksinə olaraq, gələn ay üçün Asiya müştərilərinə neftin rəsmi satış qiymətini son altı ilin ən aşağı səviyyəsinə endirib. Bununla yanaşı, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu üçün satış qiyməti artırılıb.

Reuters agentliyinin məlumatına görə, Saudi Aramco şirkəti Asiya üçün Arab Light markalı xam neftin qiymətini Oman və Dubay neftinin orta qiymətindən 5 dollar aşağı müəyyənləşdirib. Bu, ötən ayla müqayisədə 3 dollar azalma deməkdir. Bu endirim 2020-ci ilin iyulundan bəri ən böyük endirimdir.

Bu qərar Reuters-in daha əvvəl hər barrel üçün 5 dollaradək qiymət artımı gözlənildiyini bildirdiyi bir vaxtda qəbul edilib. Asiyadakı neft emalı zavodlarını təmsil edən üç mənbə bildirib ki, qiymətin endirilməsində məqsəd alıcılar üçün dəniz daşımalarının yüksək xərclərini kompensasiya etməkdir.