Basij təşkilatının rəhbəri Hüseyn Taib iddia edib ki, ABŞ qüvvələri "qısa zamanda məğlub halda regiondan çıxarılacaq" və İran rejimi Hörmüz boğazı da daxil olmaqla öz imkanlarından ABŞ-a qarşı istifadə edəcək.
Sipah Pasdarana yaxın olan Tesnim agentliyi məlumat verib ki, Taib cümə günü "İranın canfədaları" adlı tədbirdə çıxış edərək bildirib ki, İran rejimi öz "strateji imkanlarını və müdafiə boğazlarını" qoruyub və onun sözlərinə görə, bu, "düşməni təslim olmağa məcbur edəcək".
Taib həmçinin müdafiə hazırlığını artırmaq məqsədilə vətəndaşlar üçün quru, hava və dəniz təlim kurslarının davam etdiyini bildirib.