İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi-dəniz qüvvələri açıqlayıb ki, Toqo bayraqlı bir tanker Hörmüz boğazından keçərkən hədəfə alınıb və bu gəmi yanğından sonra dayandırılıb.
Sepahın hərbi-dəniz qüvvələrinin bəyanatına görə, hücuma məruz qalan tankerin adı "Trend"dir və gəmi cümə günü səhər tezdən Hörmüz boğazından keçməyə cəhd edərkən hədəfə alınıb.
Bu bəyanatın yayılmasından əvvəl Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Təşkilatı Ománın Xasəb şəhərindən təxminən 30 kilometr şimal-şərqdə bir təhlükəsizlik hadisəsinin baş verdiyini bildirmişdi, lakin bu məlumatın məhz həmin tankerlə bağlı olub-olmadığını dəqiqləşdirməmişdi.
Sepah Hörmüz boğazına nəzarət etdiyini iddia edir; buna qarşı ABŞ bu iddianı rədd edərək bildirir ki, gəmilərin bu strateji su yolundan keçidi Amerika qüvvələrinin nəzarəti altında davam edir.