ArazNews
Ana Səhifə / İran / Möhsün Haşimi: İslam Respublikası məsulları müharibə zamanı metro stansiyalarından iş otağı kimi istifadə edirdilər
İran

Möhsün Haşimi: İslam Respublikası məsulları müharibə zamanı metro stansiyalarından iş otağı kimi istifadə edirdilər

Möhsün Haşimi: İslam Respublikası məsulları müharibə zamanı metro stansiyalarından iş otağı kimi istifadə edirdilər

Tehran şəhər şurasının sabiq sədri Möhsün Haşimi bildirib ki, 12 günlük və 40 günlük müharibələr zamanı İslam Respublikası məsulları metro stansiyalarından iş yeri və ofis kimi istifadə ediblər.

Haşimi jurnalistlərlə söhbətində deyib: «Mənim məlumatım var ki, məsullar 12 günlük və 40 günlük müharibə boyu metro stansiyalarından iş otağı və bu kimi məqsədlər üçün istifadə ediblər».

Bu açıqlamalar elə bir vaxtda səslənir ki, həmin qarşıdurmalar zamanı İslam Respublikası rəsmiləri ölkənin şəhər və əyalətlərində vətəndaşları qorumaq üçün ictimai sığınacaq və ya təhlükəsiz məkan kimi heç bir konkret yer müəyyənləşdirməyiblər.

Möhsün Haşiminin müharibə dövründə metro infrastrukturundan məsulların istifadəsi barədə açıqlamaları bir daha vətəndaşların hücumlar zamanı təhlükəsiz məkanlara və ictimai sığınacaqlara çıxış məsələsini diqqət mərkəzinə gətirib.