Tehranın 5-ci rayonunda 100 kvadratmetrlik bir evin qiyməti altı ay ərzində 15 milyard tümənbdən 55 milyard tümənə çatıb. Vətəndaşların sözlərinə görə, bu sıçrayışa görə heç bir məsul şəxs cavabdehlik daşımır. Bu rəqəm son günlər İranın müxtəlif şəhərlərindən bildirilən iqtisadi təzyiqin yalnız bir nümunəsidir.
İsfahanda "Snapp" tətbiqi ilə bir kilometrlik səfərin qiyməti 58 min tümənə çatıb, Xorramabadda isə evdən kənarda bir dəfəlik şam yeməyinin qiyməti işlənmiş bir mətbəx şkafının satış dəyərinə bərabərləşib. Peyame-Nur Universitetinin əməkdaşları maaşlarının altı gün gecikdirildiyini və beş milyon tümən kəsintiyə məruz qaldığını bildiriblər, bələdiyyə işçilərindən biri isə ödəniş tarixindən beş gün keçməsinə baxmayaraq hələ maaş almadığını deyib. Bu zaman internetin qiymətinin artması ailə xərclərinə əlavə təzyiq göstərib.