ArazNews
Ana Səhifə / İran / Mohsen Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olundu; Zolqədr Mojtəba Xameneyinin dəftərinə keçdi
İran

Mohsen Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olundu; Zolqədr Mojtəba Xameneyinin dəftərinə keçdi

Mohsen Rezai Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin olundu; Zolqədr Mojtəba Xameneyinin dəftərinə keçdi

Sipah Pasdaranın keçmiş komandanı Mohsen Rezai Məsud Pezeşkianın fərmanı ilə Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. Bu təyinat Məhəmmədbaqir Zolqədrin şuranın katibliyindən istefasından sonra baş verib.

Prezident aparatının rabitə və məlumatlandırma müavini Mehdi Təbatəbai bazar günü axşam (18 mordad – 9 avqust) açıqlayıb ki, Zolqədrin istefasından və onun yeni vəzifəni qəbul etməsindən sonra Pezeşkian Ali Milli Təhlükəsizlik Şurasının katibliyi barədə fərmanı Mohsen Rezai üçün imzalayıb.

Bu xəbərin açıqlanmasından bir neçə saat əvvəl Mojtəba Xamenei də ayrıca fərmanla Mohsen Rezaini Ali Milli Təhlükəsizlik Şurasında öz nümayəndəsi kimi təyin etmişdi. Beləliklə, Rezai indi eyni zamanda həm şuranın katibi, həm də İslam Respublikasının rəhbərinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndələrindən biridir.

Bu dəyişikliklərlə eyni vaxtda Məhəmmədbaqir Zolqədr Mojtəba Xameneyinin fərmanı ilə onun siyasi müşaviri təyin olunub. 1405-ci ilin fərvərdin ayından (2026-cı ilin mart-aprel aylarından) Ali Milli Təhlükəsizlik Şurasının katibliyini öhdəsində saxlayan Zolqədr son günlərdə yaranan fikir ayrılıqlarının ardından istefasını təqdim etmişdi.