Vaşinqtonda Ağ Evdə keçirilən görüşdən bir il sonra Ermənistan baş naziri bildirib ki, İrəvan və Bakı arasında paraflanmış sülh sənədi hələ də imzalanmayıb və yekun olaraq ratifikasiya olunmayıb, iki ölkənin sərhədlərinin delimitasiyasına da başlanılmayıb. Paşinyan bu görüşün ildönümü münasibətilə yaydığı bəyanatda Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsinin həllini sənədin imzalanması üçün ilkin şərt kimi qiymətləndirib.
O, həmçinin Qarabağ ermənilərinin qayıdışının Ermənistan ərazisindən çıxarılmış azərbaycanlıların qayıdışı ilə müqayisə edilməsinin dayandırılmasını tələb edib və bu iki məsələni mahiyyətcə fərqli adlandırıb.