ArazNews
Ana Səhifə / İran / İranda mədəni mərkəzlərə plomb vurulmasında yeni dalğa: Babolun "Şəhr-e Ketab"ından Məşhədin memarlıq kafesinədək
İran

İranda mədəni mərkəzlərə plomb vurulmasında yeni dalğa: Babolun "Şəhr-e Ketab"ından Məşhədin memarlıq kafesinədək

İranda mədəni mərkəzlərə plomb vurulmasında yeni dalğa: Babolun

Son günlərdə Babol, Məşhəd və Tehranda ən azı üç mədəni və peşəkar birlik məkanı məhkəmə orqanlarının və ya nəzarətçi qurumların əmri ilə plomblanıb. Hərana xəbər verib ki, İctimai Yerlərə Nəzarət İdarəsi Babolda yerləşən "Şəhr-e Ketab" ("Kitab Şəhəri") toplusunu məhkəmə qərarı ilə plomblayıb.

Məşhəddə memarlar, sənətkarlar və tələbələrin fəaliyyət göstərdiyi məkan olan "Sekənc Memarlıq Kafesi" də plomblanıb. Tehranın Fərəşte küçəsində yerləşən "Xane-ye Ərğəvan" ("Ərğəvan Evi") toplusu isə açıqlayıb ki, məhkəmə orqanları tərəfindən müvəqqəti plomblanma səbəbindən məhdudiyyətlər aradan qaldırılana qədər fəaliyyətini dayandırır.