ArazNews
Ana Səhifə / Bölgə / Ərdoğan: Türkiyə Livanın suverenliyi, rəsmi qurumları və yenidənqurulması dəstəkləyir
Bölgə

Ərdoğan: Türkiyə Livanın suverenliyi, rəsmi qurumları və yenidənqurulması dəstəkləyir

Ərdoğan: Türkiyə Livanın suverenliyi, rəsmi qurumları və yenidənqurulması dəstəkləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Livan Prezidenti Jozef Aun ilə görüşündə Ankaranın bu ölkənin suverenliyi, ərazi bütövlüyü və rəsmi qurumların gücləndirilməsinə dəstəyini vurğulayıb.

Ərdoğan bildirib ki, Livan keçən illər ərzində regiondakı bir çox ölkədən daha çox xarici güclər arasındakı rəqabət və münaqişə meydanına çevrilməkdən ziyan çəkib və Yaxın Şərqdə sülh, sabitlik və əməkdaşlıq mühitindən faydalanmalıdır. O əlavə edib ki, Türkiyə Livan hökumətinin rəsmi qurumların imkanlarının artırılması, təhlükəsizliyin təmin edilməsi və milli suverenliyin möhkəmləndirilməsi sahəsindəki səylərini dəstəkləyəcək.

Türkiyə prezidenti açıqlayıb ki, BMT-nin Livanın cənubundakı müvəqqəti qüvvələrinin mandatı başa çatdıqdan sonra Ankara bölgənin təhlükəsizliyinin təmin edilməsi və Livan dövlətinin hakimiyyətinin gücləndirilməsi istiqamətindəki bütün təşəbbüslərdə iştirak etməyə hazırdır. O həmçinin Livan ordusuna təhlükəsizlik yardımlarının, habelə bu ölkəyə humanitar və texniki yardımların davam etdirilməsini vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə İsrailin hücumları nəticəsində ağır ziyan görmüş Livanın cənubunun yenidən qurulmasına tam hazırdır və Livan ilə Suriya arasında dialoqün davam etdirilməsini də regionun sabitliyi baxımından faydalı sayır.

Jozef Aun da Türkiyənin dəstəyindən minnətdarlığını bildirərək bu səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı adlandırıb.