ArazNews
Ana Səhifə / İran / Sentkom komandanının "iki həftəlik planı": İrana qarşı ABŞ hücumlarının intensivləşdirilməsi
İran

Sentkom komandanının "iki həftəlik planı": İrana qarşı ABŞ hücumlarının intensivləşdirilməsi

Sentkom komandanının

«Uoll-strit Cornal» qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib ki, Sentkom komandanı Brad Kuper İrana qarşı intensiv cəzalandırıcı hava hücumları kampaniyası üçün plan hazırlayaraq ABŞ prezidenti Donald Trampa təqdim edib.

Həmin mənbələr bildirib ki, plan 10-14 günlük zaman çərçivəsini əhatə edir və məqsədi İranın raket potensialını iflic etməkdən ibarətdir.

Hesabata görə, Donald Tramp bu planın həyata keçirilməsi ya da daha məhdud hücumların aparılması barədə qərar verməlidir. ABŞ hökumətinin yüksək səviyyəli bir məmuru «Uoll-strit Cornal»a bildirib ki, Tramp «gərginliyi artırmaq əhval-ruhiyyəsindədir», lakin hələ də «bu cavabın dərinliyini» araşdırır.

Qəzet həmçinin Brad Kuperin planından xəbərdar olan şəxslərə istinadən yazıb ki, planın əsas ideyası bundan ibarətdir: ABŞ ordusu Tehranın Hörmüz boğazındakı gəmilərə qarşı təhdidlərinin və bölgədəki ABŞ qüvvələrinə raket zərbələrinin qarşısının alınmasında demək olar ki, heç bir təsiri olmayan kiçik cavab hava hücumlarından daha irəli getməlidir.