ArazNews
Ana Səhifə / Əsas Xəbər / ABŞ-ın Lark adasına hücumu: Hormozgan vilayətində indiyədək 3 nəfər həlak olub, 8 nəfər yaralanıb
Əsas Xəbər

ABŞ-ın Lark adasına hücumu: Hormozgan vilayətində indiyədək 3 nəfər həlak olub, 8 nəfər yaralanıb

ABŞ-ın Lark adasına hücumu: Hormozgan vilayətində indiyədək 3 nəfər həlak olub, 8 nəfər yaralanıb

Hormozgan vilayət idarəsi bildirib ki, ABŞ-ın bu vilayətə endirdiyi hücumlar nəticəsində indiyədək 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Vilayət idarəsi əhalini növbəti xəbərdarlığa qədər vilayət yollarında lazımsız hərəkətdən çəkinməyə çağırıb.

IRIB xəbər agentliyinə istinadən verilən məlumata görə, Lark adasına edilən son hücumda adanın Liman və Dənizçilik İdarəsinin dəniz trafik nəzarət mərkəzinin qülləsi raket zərbəsinə məruz qalıb.

Hormozgan vilayət idarəsinin açıqlamasına əsasən, təkrar hücum ehtimalını nəzərə alaraq əhali lazımsız hərəkətlərdən çəkinməlidir. İcra orqanları və xilasetmə qüvvələri isə hazırda vəziyyəti qiymətləndirir və alternativ marşrutlar yaradır.