İslam İnqilab Keşikçiləri Korpusu (Səpah) bəyanatında bildirib ki, ABŞ-ın hücumlarına cavabın birinci mərhələsində Küveyt və Bəhreyndəki bir neçə Amerika bazasının infrastruktur və qurğuları hədəf alınıb.
Bəyanata görə, Səpahın Dəniz Qüvvələri və Hava-Kosmik Qüvvələri birgə əməliyyat çərçivəsində raket və pilotsuz uçuş aparatları ilə Küveytdəki Ərifcan və Əli əs-Salim bazalarını, Bəhreyndəki isə Cüfeyr və Şeyx İsa bazalarını hədəf alıb. Səpah bu hücumu ABŞ-ın İranın müxtəlif nöqtələrinə zərbələr endirməsindən bir saat sonra həyata keçirib.
Səpah xəbərdarlıq edib ki, hücumlar təkrarlanarsa, cavab tədbirləri regiondakı digər ABŞ bazalarına da genişləndiriləcək.