ArazNews
Ana Səhifə / İran / Pakistanın daxili işlər naziri Tehrana gəlib
İran

Pakistanın daxili işlər naziri Tehrana gəlib

Pakistanın daxili işlər naziri Tehrana gəlib


Pakistanın daxili işlər naziri Möhsin Nəqvi şənbə günü Tehrana səfər edib. Onun səfər çərçivəsində İran rejiminin rəsmiləri ilə regional prosesləri müzakirə edəcəyi bildirilir.


ArazNews-un məlumatına görə, rəsmi mənbələr Nəqvinin səfər zamanı İran rejiminin xarici işlər naziri Seyid Abbas Əraqçi və digər rəsmilərlə görüşlər keçirəcəyini açıqlayıblar.


Pakistan mediasının yaydığı xəbərlərə əsasən, daxili işlər naziri Tehrana yola düşməzdən əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb və İran–ABŞ danışıqlarının gedişatı barədə fikir mübadiləsi aparıb. Məlumatlarda bildirilir ki, Şahbaz Şərif səfər zamanı çatdırılması üçün müəyyən mesaj və tapşırıqları da ona təqdim edib.


Səfərin gündəliyi və müzakirə olunacaq məsələlər barədə hələlik əlavə məlumat açıqlanmayıb.