Avropada ABŞ-İran “tələsik razılaşma” narahatlığı

4 saat əvvəl 1 dəq oxu Editorial Board
 Avropada ABŞ-İran “tələsik razılaşma” narahatlığı


Avropa diplomatları ABŞ ilə İran arasında sürətlə əldə olunması planlaşdırılan ilkin razılaşmanın ciddi risklər daşıdığını bildirir.


ArazNews-un məlumatına görə, Reuters-ə istinadən, avropalı rəsmilər Vaşinqtonun Donald Tramp üçün “tez siyasi nəticə” əldə etmək məqsədilə tələsik və səthi razılaşmaya getmək istədiyini deyir. Onların fikrincə, bu cür razılaşma uranın zənginləşdirilməsi və sanksiyaların ləğvi kimi əsas problemləri həllsiz qoya bilər.


Mənbələr bildirir ki, tərəflər arasında dərin etimadsızlıq və fərqli danışıqlar yanaşması zəif və davamlı olmayan razılaşma riskini artırır. Əsas mübahisə mövzuları isə 60 faiz zənginləşdirilmiş təxminən 440 kiloqram uran ehtiyatı, MAQATE nəzarəti və zənginləşdirmənin davamı məsələsidir.


İqtisadi sahədə İran dondurulmuş vəsaitlərinə dərhal çıxış istəyir, lakin geniş sanksiya ləğvi üçün Avropanın razılığı vacib sayılır.