Netanyahu: İranla müharibədə hədəflərin yarısından çoxu yerinə yetirilib
2 saat əvvəl
•
1 dəq oxu
ArazNews xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Newsmax telekanalına müsahibəsində bildirib ki, İsrail və ABŞ İranla müharibədə hədəflərinə çatmaq yolunda “yarıdan çox məsafəni” qət edib.
Netanyahu müharibənin nə vaxt başa çatacağına toxunmadan, hərbi əməliyyatların davam edəcəyini vurğulayıb.
O iddia edib ki, bu müharibə nəticəsində SEPAH-ın “minlərlə” üzvü öldürülüb və İsrail ilə ABŞ İranın silah sənayesinə “son qoymağa” yaxınlaşıb.