Zelenski: İsraillə hərbi əməkdaşlığa hazırıq; “Onların bizə, bizim də onlara lazım olanımız var”

3 saat əvvəl 1 dəq oxu
 Zelenski: İsraillə hərbi əməkdaşlığa hazırıq; “Onların bizə, bizim də onlara lazım olanımız var”


Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin İsraillə hərbi əməkdaşlığa hazır olduğunu bildirib və iki tərəfin bir-birinə kömək edə biləcəyini vurğulayıb.


ArazNews-un Times of Israel-ə istinadən verdiyi məlumata görə, Zelenski deyib: “Bizdə onların ehtiyac duyduğu şey var, onlarda da bizim ehtiyac duyduğumuz… Bu dialoqa hazırıq.”


O, həmçinin qeyd edib ki, Ukrayna “Şahid” tipli PUA-larla mübarizə təcrübəsini artıq region ölkələri ilə bölüşüb və bu sahədə daha aktiv rol oynaya bilər.


Bu açıqlama İran rejiminin Ukrayna müharibəsində Rusiyaya silah dəstəyi verməsi fonunda səsləndirilib.