Türkiyə xəbərdarlıq etdi: PKK-nın müharibəyə qoşulması halında hərbi müdaxilə olacaq

3 saat əvvəl 1 dəq oxu
 Türkiyə xəbərdarlıq etdi: PKK-nın müharibəyə qoşulması halında hərbi müdaxilə olacaq


ABŞ və İsrailin İrana hücumları fonunda Türkiyənin Vaşinqtona və İraqın şimalındakı silahlı qruplara birbaşa xəbərdarlıq etdiyi bildirilir.


ArazNews-un “Türkiye” qəzetinə istinadən verdiyi məlumata görə, İsrailin PKK və onun qolu olan PJAK kimi qruplardan İran rejiminə qarşı müharibədə istifadə etməyi planlaşdırdığı iddia olunur, lakin bu plan Türkiyənin müdaxiləsi ilə dayandırılıb.


Məlumata əsasən, Rəcəb Tayyib Ərdoğan Donald Tramp ilə telefon danışığında bu ssenariyə qəti şəkildə qarşı çıxdığını bildirib.


Eyni zamanda Türkiyənin Xarici İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) İraq Kürd Muxtariyyəti və Bağdad rəsmiləri ilə geniş təmaslar apararaq açıq mesaj verib ki, bu qruplar müharibəyə qoşularsa, Türkiyə Suriyada olduğu kimi hərbi müdaxilə edəcək.


Bundan əlavə, Abdullah Öcalanın da PKK-ya bağlı qüvvələrə bu münaqişəyə qoşulmamaq barədə xəbərdarlıq etdiyi bildirilir.