Möhseni-Ejei: İranın bəzi bölgə ölkələrindəki hədəflərə hücumları davam edəcək

2 saat əvvəl 1 dəq oxu
 Möhseni-Ejei: İranın bəzi bölgə ölkələrindəki hədəflərə hücumları davam edəcək


İranın müvəqqəti rəhbərlik şurasının üzvü Qulamhüseyn Möhseni-Ejei bəyan edib ki, İranın bəzi bölgə ölkələrində yerləşən hədəflərə qarşı hücumları davam etdiriləcək.


O, 16 mart tarixində bildirib ki, İran silahlı qüvvələrinin əldə etdiyi məlumatlara görə, bəzi bölgə ölkələrinin ərazisi “açıq və gizli şəkildə düşmənin ixtiyarına verilib” və həmin ərazilərdən İrana qarşı hücumlar həyata keçirilib. Möhseni-Ejei vurğulayıb ki, “bu hədəflərə qarşı ağır zərbələr davam edəcək” və bu strategiyanın artıq həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, hökumət və sistemin digər qurumları bu məsələ ilə bağlı eyni mövqedədir.

Bu açıqlama İran prezidenti və müvəqqəti rəhbərlik şurasının digər üzvü Məsud Pezeşkianın bir neçə saat əvvəl yaydığı video müraciətdən sonra səsləndirilib. Pezeşkian həmin müraciətdə qonşu ölkələrdən üzr istəmiş və İran silahlı qüvvələrinin bundan sonra bu ölkələrə hücum etməyəcəyini demişdi.


Pezeşkian həmçinin qeyd etmişdi ki, SEPAH son bir həftə ərzində “atəşə ixtiyar” prinsipi ilə hərəkət edib. İranın son günlər bəzi bölgə ölkələrinə, o cümlədən Azərbaycan Respublikasına və bir neçə ərəb ölkəsinə qarşı hücumları isə ciddi diplomatik reaksiyalar doğurub.