Faraja Kəşfiyyat Təşkilatının rəhbəri son hücumlarda öldürüldü

2 saat əvvəl 1 dəq oxu
Faraja Kəşfiyyat Təşkilatının rəhbəri son hücumlarda öldürüldü


İran İslam Respublikasının Polis Komandanlığının Kəşfiyyat Təşkilatının rəhbəri son hücumlar zamanı öldürüldü.


Araz News-un, SEPAH-a yaxın Tasnim agentliyinə istinadən verdiyi məlumata görə, FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri Sərdar Rəzaiyan son hücumlar nəticəsində həyatını itirib.


Onun harada və hansı şəkildə hədəfə alındığı barədə hələlik əlavə detallar açıqlanmayıb. Bu hadisə ilə İranın hərbi və təhlükəsizlik strukturlarının yüksək səviyyəsində itkilərin artdığı bildirilir.