Bəluçistan Raci Teppaki Partiyasının təbrik və minnətdarlıq mesajı
Bəluçistan Raci Teppaki Partiyası bir mesaj yayımlayaraq, Stokholmda 21 Azər anma seminarının və Azərbaycan Milli Hökumətinin 80-ci ildönümünün keçirilməsini təbrik etdi və Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına minnətdarlığını bildirdi. Bu partiya, Azərbaycan Milli Hökumətinin və Seyid Cəfər Pişəvərinin rəhbərliyinin xatirəsini yad edərək, mərkəziyyətçilik və struktur ayrı-seçkiliyə qarşı zülm altındakı millətlərin həmrəyliyinin əhəmiyyətini vurğuladı. Bu mesajda müqəddəratı təyin etmək hüququ, siyasi və mədəni bərabərlik və millətlərin ortaq mübarizəsi ədalət və azadlığın həyata keçirilməsinin fundamental prinsipləri olaraq təsdiqləndi.
Bu bəyanatın tam mətni aşağıda verilir.
Stokholmda Azərbaycan Milli Hökumətinin 80-ci ildönümünü yad etmək üçün bu dəyərli seminarı mümkün edən uzaqgörənlik, məsuliyyətli səy və milli öhdəliklərinə görə Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurasına son dərəcə təşəkkür və minnətdarlığımızla, Bəluçistan Raci Teppaki Partiyası səmimi qardaşlıq salamlarını təqdim edir. Bu toplantı yalnız bir anma mərasimi deyil; ortaq tarixi yaddaşımızın qorunmasının bir hissəsi və İngiltərənin yaratdığı İran coğrafiyasında zülm və müstəmləkə altındakı millətlər arasında həmrəyliyin gücləndirilməsinə doğru bir addımdır.
Bu gün biz hörmət və qürurla Azərbaycan Milli Hökumətinin xatirəsini və yolunu yad edirik; böyük şəxsiyyət, azadlıq mütəfəkkiri və ədalət öndəri Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə demokratik və milli muxtariyyətin misilsiz təcrübəsini ortaya qoya bilən hökumət.
Azadlıq ---- Ədalət ----- Milli Hökumət
Mühim Bəluç – Sərxoş
Bəluçistan Raci Teppaki Partiyasının Baş Katibi
Stokholm – 13 dekabr 2025