ArazNews
Ana Səhifə / Xəbər / Tramp: İran Hörmüz boğazında ABŞ-ın “Apaçi” helikopterini vurub; cavab verəcəyik
Xəbər

Tramp: İran Hörmüz boğazında ABŞ-ın “Apaçi” helikopterini vurub; cavab verəcəyik

 Tramp: İran Hörmüz boğazında ABŞ-ın “Apaçi” helikopterini vurub; cavab verəcəyik


ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı mesajda İran qüvvələrinin ötən gecə Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən ABŞ ordusuna məxsus “Apaçi” hücum helikopterini vurduğunu iddia edib.


ArazNews-un məlumatına görə, Tramp helikopterdə olan iki pilotun sağ qaldığını və xəsarət almadığını bildirib. Bununla belə, o vurğulayıb ki, ABŞ bu hücuma cavab vermək məcburiyyətində qalacaq.


Tramp paylaşımında yazıb: “Böyük ordumuzdan yeni məlumat aldım ki, iranlılar ötən gecə Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən ən müasir Apaçi helikopterlərimizdən birini vurublar. Helikopterdə iki pilot var idi və onların hər ikisi sağdır, heç bir xəsarət almayıblar. Buna baxmayaraq, ABŞ bu hücuma cavab verməyə məcburdur.”


Bu hadisənin Tehran və Vaşinqton arasında gərginliyi daha da artıracağı və bölgədə yeni qarşıdurma riskini yüksəldəcəyi ehtimal olunur.